Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib

Hazırda oxunan: Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib
154160
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının (ŞKTC) bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib. 

Bu barədə Bizim.Media Şimali Kipr Türk Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir. 

“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağı barədə bəyanatından məmnun oldum. 

Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə bir türk dövləti olan ŞKTC bu anlayışla varlığını davam etdirərkən, Azərbaycanla aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissəsi olaraq münasibətlərimizin getdikcə dərinləşməsi ən arzumdur. 
Cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür edirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, - Ersin Tatar bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO