Azərbaycan XİN Tacikistana BAŞSAĞLIĞI VERDİ  

Azərbaycan XİN Tacikistana BAŞSAĞLIĞI VERDİ  

Hazırda oxunan: Azərbaycan XİN Tacikistana BAŞSAĞLIĞI VERDİ  

152648

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" (tvitter) hesabında paylaşım edilib. 

"Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatının yaşanması xəbərinə dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik", - başsağlığı mətnində bildirilib. 
Qeyd edək ki, Tacikistanın Vəhdət şəhəri və Rudəki bölgəsində bazar günü yağan güclü yağış və torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO