“Erməni hərbçiləri Qarabağa gizli şəkildə gəlir” - Azərbaycanın Moldovadakı səfiri

“Erməni hərbçiləri Qarabağa gizli şəkildə gəlir” - Azərbaycanın Moldovadakı səfiri

Hazırda oxunan: “Erməni hərbçiləri Qarabağa gizli şəkildə gəlir” - Azərbaycanın Moldovadakı səfiri

15091

“İndi Ermənistan öz hərbi qüvvələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşdirməyə çalışır. Erməni hərbçilərinin Ermənistandan Laçın dəhlizi boyunca mülki geyim və nəqliyyatda, Rusiya sülhməramlılarının nəzarətindən çıxaraq Qarabağa gizli şəkildə getmələri barədə faktlar var”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “tribuna.md” xəbər portalında Ermənistanın sülh müqaviləsini və beynəlxalq hüququ kobud şəkildə pozmasına dair məqaləsində yer alıb.

Müəllif bu faktların müstəqil media tərəfindən qeydə alındığını deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Səfir İlham Əliyevin məktubunu Moldova prezidentinə çatdırdı


Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti aldadılaraq və zorla Qarabağda hərbi xidmətə cəlb olunur:

“Bu, həm hərbçiləri, həm də ailələrini narazı salır. Həm də bütün bunlarla Ermənistan beynəlxalq öhdəliklərini, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və riayət etmə öhdəliyini kobud şəkildə pozur.

Bütün bu hərəkətlər bölgədəki sabitliyin pozulmasına yönəlib və bu baxımdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov hər dəfə BMT-nin Baş katibi Antonio Quterreşə erməni tərəfinin davranışlarına, onların bütün təxribatlarına diqqət yetirmək xahişi ilə məktublar ünvanlayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO