Ümummilli lider Heydər Əliyevin ƏN ÇOX SEVDİKLƏRİ – 21 MARAQLI CAVAB 

Ümummilli lider Heydər Əliyevin ƏN ÇOX SEVDİKLƏRİ – 21 MARAQLI CAVAB 

Hazırda oxunan: Ümummilli lider Heydər Əliyevin ƏN ÇOX SEVDİKLƏRİ – 21 MARAQLI CAVAB 

134272

Xalqımız Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini təntənəli şəkildə qeyd edir. Dahi öndərin həyat və fəaliyyəti bir daha vərəqlənir, öyrənilir və təbliğ edilir.

Bizim.Media xəbər verir ki, Millət vəkili Etibar Əliyev xalqımızın böyük oğlunun və müstəqil Azərbaycanın memarının sevdiyi sual-cavabın siyahısını hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Heydər Əliyev həmişə Azərbaycan xalqının mənafeyini qoruyan şəxsiyyət olub”


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə ünvanlanan 21 suala verdiyi 21 cavabı təqdim edirik:

1. Ən çox sevdiyiniz şeir?

Səməd Vurğunun “Azərbaycan” şeiri.

2. Ən çox sevdiyiniz şair?

Məhəmmədhüseyn Şəhriyar.

3. Ən çox sevdiyiniz mahnı?

Xalq mahnıları və Tofiq Quliyevin mahnıları.

4. Ən çox sevdiyiniz insan?

Zərifə xanım.

5. Ən çox sevdiyiniz bəstəkar?

Üzeyir Hacıbəyov.

6. Ən çox sevdiyiniz pyes?

Cəlil Məmmədquluzadənin “Ölülər”pyesi.

7. Ən çox sevdiyiniz dramaturq?

Hüseyn Cavid.

8. Ən çox sevdiyiniz sənət əsəri?

Səttar Bəhlulzadənin “Muğan gözəlləri”.

9. Ən çox sevdiyiniz sənət növü?

Miniatür.

10. Ən çox sevdiyiniz sənətkar?

Ömər Eldarov.

11. Ən çox sevdiyiniz içki?

Çay, səhərlər südlə.

12. Ən çox sevdiyiniz gül?

Qızılgül.

13. Ən cox sevdiyiniz rəng?

Zoğalı rəng.

14. Ən çox sevdiyiniz idman növü?

Yüngül atletika və üzgüçülük.

15. Ən çox sevdiyiniz insani xüsusiyyət?

Mərdlik.

16. Ən çox sevdiyiniz şəhər?

Bakı.

17. Ən çox sevdiyiniz mövsüm?

Yaz.

18. Ən çox sevdiyiniz qələm növü?

Mürəkkəblə yazan qələm.

19. Ən çox sevdiyiniz rəqəm?

Yeddi.

20. Ən çox sevdiyiniz bayram?

Novruz bayramı.

21. Ən çox sevdiyiniz jurnal?

“Molla Nəsrəddin”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO