Fransanın XİN başçısı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO 

Fransanın XİN başçısı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO 

Hazırda oxunan: Fransanın XİN başçısı Azərbaycanda SƏFƏRDƏDİR - FOTO 

132973

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir. 

Bizim.Media xəbər verir ki, bu barədə nazir özünün “Twitter” hesabında paylaşım edib. 

"Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır", - deyə Kolonna qeyd edib. 
Qeyd edək ki, Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır. Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək. 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO