Prezident: “Azərbaycan–Bosniya və Herseqovina münasibətlərinin yeni səhifəsi başlayır”

Prezident: “Azərbaycan–Bosniya və Herseqovina münasibətlərinin yeni səhifəsi başlayır”

Hazırda oxunan: Prezident: “Azərbaycan–Bosniya və Herseqovina münasibətlərinin yeni səhifəsi başlayır”

130597

“Bu gün bizim münasibətlərimizin yeni səhifəsi başlayır. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar yeni imkanlar açır. O cümlədən, bu gün imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Azərbaycan Bosniya və Herseqovinaya sərmayə qoymaqda maraqlıdır“


Müntəzəm olaraq siyasi və diplomatik müstəvidə məsləhətləşmələrin aparılacağını vurğulayan Azərbaycan Prezidenti qeyd edib ki, eyni zamanda, iqtisadi sahədə işlər daha məqsədyönlü şəkildə aparılacaq. 

“Birgə İqtisadi Komissiya haqqında qərar qəbul edilib. Bu gün aparılan danışıqlar əsnasında, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması da razılaşdırılıb və qısa müddət ərzində bu istiqamətdə addımlar atılacaq”, - deyə dövlət başçısı bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO