Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO

Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO

Hazırda oxunan: Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO
124212
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ruslan Stoyanovun etimadnaməsini qəbul edib.

Bizim.Media xəbər verir ki, səfir Ruslan Stoyanov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Ölkələrimizin yaxın və strateji tərəfdaş olduğunu vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq vurğulayıb ki, dostluq əlaqələrini nümayiş etdirən bu səfərlər zamanı ikitərəfli gündəlikdə duran çox mühüm məsələlərlə bağlı qərarlar qəbul olunub.

Dövlət başçısı hazırkı əməkdaşlığımızın əsas mövzularından birinin enerji sahəsinə aid olduğunu deyərək, Cənub Qaz Dəhlizi layihəsinin önəminə toxundu, enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində ölkələrimizin uzun illər bundan sonra da yaxın tərəfdaş olacaqlarına ümidvarlığını bildirib. Prezident İlham Əliyev, eyni zamanda, birgə layihələrin həyata keçirilməsinin Bolqarıstana Azərbaycan qazı üçün tranzit ölkəyə çevrilmək imkanı yaratdığını qeyd edib.

Azərbaycan Prezidenti enerji sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlığın inkişafı üçün potensialın olduğunu bildirib, ticarət dövriyyəsinin artırılması üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Ölkələr arasında qarşılıqlı siyasi fəaliyyətin yaxşı səviyyədə olduğunu bildirən dövlət başçısı Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əməkdaşlığında Bolqarıstanın rolunu qeyd edib.
Azərbaycan Prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb. Ruslan Stoyanov, ilk növbədə, Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rumen Radevə çatdırmağı xahiş edib.

Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayan səfir dövlətlər arasında mövcud olan qarşılıqlı etimadın və yüksəksəviyyəli görüşlərin strateji tərəfdaşlığımızın göstəricisi olduğunu deyib. Ruslan Stoyanov vurğulayıb ki, Azərbaycan-Bolqarıstan münasibətləri yalnız strateji xarakter daşımır, onlar həm də dost münasibətləridir. Səfir Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin əhəmiyyətinə də toxunub.
 




Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO - foto 1
Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO - foto 2
Prezident Bolqarıstanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO/VİDEO - foto 3

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO