Moskvada Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - FOTO

Moskvada Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - FOTO

Hazırda oxunan: Moskvada Xocalı soyqırımı ilə bağlı konfrans keçirildi - FOTO

122698

Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilati dəstəyi ilə baş tutan tədbirdə diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəalları, diaspor üzvləri, Moskvada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbiri açan səfir Polad Bülbüloğlu qeyd edib ki, bu gün biz Xocalı soyqırımı nəticəsində həlak olan yüzlərlə dinc sakinin əziz xatirəsini ehtiramla yad edirik. Bu xatirə Azərbaycan xalqının birliyinin simvoluna çevrilib.

Aradan illər keçməsinə baxmayaraq, dinc əhaliyə qarşı törədilən cinayətlərin vəhşiliyi ilə barışmaq çox çətindir. Belə miqyasda faciələrin unudulmasına imkan vermək olmaz. Biz cəzasızlığa və sükuta son qoymalı, Xocalının günahsız qurbanlarına münasibətdə ədaləti bərpa etməliyik.

Diplomat bildirib ki, bəşəriyyətə qarşı törədilmiş bu qanlı cinayətə siyasi-hüquqi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.
Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və onun dünya miqyasında soyqırımı kimi tanınması məqsədilə Ümummilli Lider tərəfindən görülmüş işlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən əzmlə davam etdirilir. Faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və həm Azərbaycanda, həm də xaricdə gənclərin çox fəal iştirak etdiyi “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası mühüm rol oynayır.

Səfir tədbirdə gənclərə müraciət edərək, Xocalı soyqırımı ilə bağlı məlumatları gələcək nəsil və beynəlxalq ictimaiyyətə çatdırılmasının onların müqəddəs vəzifəsi olduğunu xatırladıb.

Tədbirdə “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko, ictimai xadim, diplomat, politoloq və “Siyasi araşdırmalar institutunun” baş direktoru Sergey Markov, “Avrasiya İdeyaları Mərkəzi” Elmi Tədqiqatlara Dəstək Fondunun ekspert şurasının sədri, politoloq Qriqoriy Trofimçuk, “ALEF” yəhudi hərəkatının sədri Abram İxiilov, RAGB fəalları Fatimə Qəhrəmanlı və Tərlan Həmzəyev də çıxış ediblər.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO