"Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır" - Rəsmi Moskva

Hazırda oxunan: "Rusiya Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazırdır" - Rəsmi Moskva

121030

Rusiya sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan və Azərbaycana yardım etməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova bu günlərdə Rusiya XİN başçısının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvan və Bakıya səfərlərini və oradakı təmaslarını xatırladıb.
Onun sözlərinə görə, həm erməni, həm də Azərbaycan tərəfi Rusiyanın vasitəçiliyində maraqlı olduqlarını bildiriblər:

“Sülh müqaviləsinin həssaslığını nəzərə alaraq, mən məsləhətləşmələrin detallarına varmayacağam. Bir daha Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyə hazır olduğumuzu təsdiq edə bilərəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO