Emin Milli: “Bu münaqişənin beynəlmiləlləşməsinin qarşısını almalıyıq” 

Emin Milli: “Bu münaqişənin beynəlmiləlləşməsinin qarşısını almalıyıq” 

Hazırda oxunan: Emin Milli: “Bu münaqişənin beynəlmiləlləşməsinin qarşısını almalıyıq” 

1168

Bizim.Media bildirir ki, bu fikirləri Meydan TV-nin sabiq rəhbəri, bloger Emin Milli özünün "instaqram" hesabında yazıb. “Dünən IWPR tədbirində Ermənistanın niyə bu münaqişənin beynəlmiləlləşməsində böyük marağının olduğu ilə bağlı fikirlərimi dilə gətirdim (çünki müharibəni təkbaşına uduzurlar). Ermənistanın əsas məqsədi Türkiyənin rolunu şişirtmək, Rusiyanı münaqişəyə cəlb etmək, Rusiya ilə Türkiyə arasında problem dizayn yaratmaqdır”.

Emin Milli yazır ki, ermənilər orta əsr xristian hissləri ilə oynamaq, bunu dini münaqişə kimi təqdim etmək, bunları qlobal təbliğat vasitələri ilə media və siyasətə üzərindən yeritmək istəyirlər.

O, eyni zamanda bildirir ki, əslində beynəlxalq medianın diqqət yetirməli olduğu vacib və maraqlı məqam ərəb dünyasının Ermənistana artan dəstəyidir: "Onsuz da Orta Şərqdən gələn çox sayda muzdlu və ya könüllü var. Humanitar yardım adı altında Ermənistana maliyyə və texniki dəstək verilməsi və ya silah göndərilməsi məsələsi hərtərəfli araşdırılmalı və bu barədə məlumat verilməlidir.

"Qatar Aiways"in bu şəklini görəndə daha da təəccübləndim. Məsələ bu münaqişədə tərəf və ittifaq dəyişdirməyə gələndə "Game of Thrones"dakına oxşar situasiyanı müşahidə edirik”.

“İsrail Azərbaycanı, İran kimi bəzi müsəlman ölkələr isə Ermənistanı dəstəkləyir. Bu şəkildəki Səudiyyə Ərəbistanı, Misir, BƏƏ haradadır? Bəs Qətər? Bu, jurnalist araşdırması üçün heyrətamiz bir mövzudur”, deyə fikirlərini davam etdirən bloger qeyd edir: 

“Azərbaycan bütün bu ölkələrə bunun sadəcə Azərbaycanla Ermənistan arasında olduğunu, Türkiyə və ya İsraildən söhbət getmədiyini bildirməyə çalışmalıdır. Bu ziddiyyətin beynəlmiləlləşməsinin qarşısını bu baxımdan da almalıyıq!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO