“Fransanı yandıran odur ki, vasitəçilikdən kənarda qalıb” – Vitse-spiker 

“Fransanı yandıran odur ki, vasitəçilikdən kənarda qalıb” – Vitse-spiker 

Hazırda oxunan: “Fransanı yandıran odur ki, vasitəçilikdən kənarda qalıb” – Vitse-spiker 

107451

“Fransa 30 illik işğal dönəmində seyrci qaldı, Xocalı soyqırımını görməməzlikdən gəldi. İndi də tutub ki, Azərbaycan Ermənistan ərazilərini işğal edib”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında vitse-spiker Adil Əliyev səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın ikiüzlü siyasəti – Azərbaycan əleyhinə QƏTNAMƏ


“Fransa 30 il müddətində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi üçün cəhdlər etmədi. Azərbaycan həmin qətnamələri öz gücünə yerinə yetirdikdən sonra isə əl-ayağa düşdü. İndi Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycana qarşı çıxmağın bir adı ola bilər - riyakarlıq. Fransa Parlamenti və Prezident Emmanuel Makron əleyhimizə qətnamələr qəbul etməklə Azərbaycanı itirirlər. Fransanın bu cür davam etməklə, regionda böyük layihələrdə iştirak etmək imkanı yoxdur. 

Fransa Prezidenti ayrılıqda Özbəkistan və Qazaxıstan Prezidentlərini qəbul edib, enerjinin Avropaya daşınmasını istədi. Yaxşı, bəs Rusiyadan kənar keçməklə Orta Asiyadan neft və qazın daşınması Azərbaycan olmadan necə reallaşdırıla bilər? 
Fransanı yandıran odur ki, ATƏT-in keçmiş Minsk Qrupunun iki vasitəçisi ABŞ və Rusiya danışıqlarda vasitəçi kimi çıxış etsələr də, rəsmi Paris bundan kənarda qalıb”, - deyə Adil Əliyev əlavə edib. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO