Prezident Numan Kurtulmuşu qəbul edib - VİDEO

Prezident Numan Kurtulmuşu qəbul edib - VİDEO

Hazırda oxunan: Prezident Numan Kurtulmuşu qəbul edib - VİDEO
105465
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Türkiyə Respublikasının Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuşu qəbul edib.

Bizim.Media xəbər verir ki, Numan Kurtulmuş Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını ifadə etdi. Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə təşəkkürünü bildirərək, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanaraq, əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparıldı.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO