İran səfirliyindən Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı BƏYANAT

İran səfirliyindən Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı BƏYANAT

Hazırda oxunan: İran səfirliyindən Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı BƏYANAT
100087
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İran İslam Respublikası Azərbaycanla olan sərhəddəki təlimlərlə bağlı bəyanat yayıb.

Bu barədə Bizim.Media-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bidirilib ki, sözügedən təlim və menavrlər İran Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə, dövri təlimlərə uyğun həyata keçirilir:

“Habelə Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibəti nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilib.

Bu notadan əlavə İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi General-Leytant Baqerinin Azərbaycanın Müdafiə naziri General-Polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşlığa dair bəzi təkliflər irəli sürülüb ki hal-hazırda davam etdirilən bu təlimlər də yerinə yetirilir”.  
Bəyanatda o da qeyd olunub ki, iki dost, eləcə də qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub.

Alçina Amilqızı, Bizim.Media

İran səfirliyindən Azərbaycanla sərhəddə keçirdiyi təlimlərlə bağlı BƏYANAT - foto 1

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO