Pandemiya BU ŞƏRTLƏRİ dəyişdi - Üz-gözümüzdə nələr baş verir? 

Hazırda oxunan: Pandemiya BU ŞƏRTLƏRİ dəyişdi - Üz-gözümüzdə nələr baş verir? 

46237

Pandemiyanın həyatımıza vurduğu zərərləri saysaq bitməz. Lakin bəzi şəxslər pandemiyanı rəqəmsal həyata keçidə müsbət təsir etdiyini qeyd edir. İş və əhəmiyyətli görüşlərin online keçirilməsi də buna nümunədir. Amma bu üstünlüyün də bəzi tələbləri meydana çıxıb. 

Belə ki, pandemiya zamanı virtual görüşlər plastik cərrahiyyə prosedurlarına tələbatı artırıb.

Çöldə maska ilə qorunub həmçinin üzdəki qüsurlarımızı rahat gizlədə bilsək də, online görüşlər zamanı isə bu mümkünsüz olur. Nəticədə video görüntülərdə özünü bəyənməyən qadın və kişilər depressiyaya düşürlər.

“Amerika Plastik Cərrahlar Birliyi” sorğu keçirərək hər 10 adamdan 1-nin pandemiya dövründə estetik əməliyyat etdirdiyini aşkarlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dünyada son gündə daha neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA


Bizim.Media “Economist.com”-a istinadən xəbər verir ki, son vaxtlar dünyada insanlar daha çox üzgərdirmə, burun kiçiltmə, gözqapağı, sinə böyütmə, bədən şəkilləndirmə əməliyyatlarını etdirirlər.

Mövzu ilə Azərbaycandakı dəyişən tələbatı öyrənmək üçün yerli estetik həkim, kosmetoloqlarla əlaqə saxladıq. Onlar Azərbaycanda da bu tip əməliyyatların geniş vüsət aldığını diqqətə çatdırdılar.

Estetik doktor Ləman İsmayılova pasientlərin etdirdiyi prosedurların sayının artdığını dedi:

“Pasientlərin sayı demək olar ki, eynilik təşkil edir. Lakin etdirdikləri prosedurlar çoxalıb. Əgər bir xanım təkcə qaş qaldırma proseduru etdirirdisə, hazırda bununla yanaşı burun, üz dolğusu və digər prosedurları etdirir. Demək olar ki, çox pasient üzündəki problemləri aradan qaldırmaq istəyir”.

Psixoloq Gülnar Orucova isə bildirdi ki, pandemiya dövründə insanlar normal həyatlarından təcrid olunduqları üçün depressiyaya düşdülər. Bu da özlərində qüsurlar axtarmağa səbəb olub.
 

“Pandemiya dövründə insanlar çox gərginləşdilər, çoxunda depressiv hallar müşahidə olunurdu. Bu haldan daha çox sosial həyatı zəngin olan, çalışanlar əziyyət çəkdi. Çünki iş yerləri qapadıldı, idman zalları bağlandı.


Depressiya halları səbəbilə xırda problemləri üzə çıxarmağa, kompleks etməyə başladılar. Həmçinin onlarda stress, depressiya və oturaq həyat tərzinə görə çəki problemi yarandı. Bu səbəblərə görə özlərində dəyişiklik etmək, əməliyyatlara girmək fikrinə gəldilər. Çoxu isə əvvəlcədən bu tip əməliyyatları planlaşdırırdı.

Pandemiya onlar üçün istirahət oldu. Və istirahətdə insan dəyişikliklər və problemlərdən qurtulmaq istəyir. Beləliklə onlar da pandemiyanı fürsət bilərək bu şəkildə dəyərləndirdilər”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO