Dünyada son gündə daha neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

Hazırda oxunan: Dünyada son gündə daha neçə nəfər koronavirusa yoluxub? - STATİSTİKA

46185

Dünyada COVID-19 infeksiyasından ölənlərin sayı artmaqda davam edir.

Bizim.Media xəbər verir ki, dünya üzrə koronavirusa 355 232 yoluxma halı aşkarlanıb, 4 396 nəfər infeksiya səbəbindən həyatını itirib.

Bütövlükdə koronavirusdan 5 120 234 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı isə 254 443 207 nəfəri ötüb. Eyni zamanda, 230 milyondan çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 19 258 898 min aktiv xəstədən 77 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Yoluxanların sayına görə ikinci yerdə Hindistan, üçnücü yerdə isə Braziliya qərarlaşıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO