İstanbulda azərbaycanlı rəssamın sərgisi baş tutdu - FOTO 

İstanbulda azərbaycanlı rəssamın sərgisi baş tutdu - FOTO 

Hazırda oxunan: İstanbulda azərbaycanlı rəssamın sərgisi baş tutdu - FOTO 

65973

Türkiyənin paytaxtı İstanbulda Nişantaşında yerləşən  tanınmış “Niş Art” Rəsm Qalereyasında Azərbaycanın istedadlı rəssamı, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Nargiz Art Studio”nun  rəhbəri Nərgiz Quliyevanın fərdi sərgisi baş tutub. 

Bizim.Media xəbər verir ki, 15-20 Mart tarixlərində keçirilən sərgidə rəssamın son illərdə çəkdiyi 20-yə yaxın rəsm əsəri nümayiş olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan məhsulları Çində sərgilənib


Sərginin açılışında Niş Art Qalereyasının rəhbəri,  sənətşünas Nihat Tokat, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və tanınmış rəssam, Yeditepe Universitetinin professoru, Azərbaycanın xalq rəssamı Teymur Rzayev çıxış edərək sərginin iki ölkənin yaradıcılıq sahəsindəki sıx dostluğu və əməkdaşlığına yeni bir rəng qatdığını qeyd ediblər. 

Türkiyənin məşhur rəssamları, sənət xadimləri və media nümayəndələrinin də iştirak etdiyi sərginin qonaqları sırasında Türkiyə Milli Məclisinin millət vəkili, Azərbaycan- Türkiyə Parlamentlər arası Dostluq qrupunun rəhbəri Şamil Ayrım da olub. 

Bizim.Media















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO