
- A-
- A
- A+
Batumi aeroportunda "Beşiktaş" azarkeşləri ilə israillilər arasında yarasında insident - Anbaan video
İsrailli və türkiyəli azarkeşlər arasında növbəti insident bu dəfə stadionda deyil, Batumi hava limanında baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumatlar yayılıb.
Məlumata görə, israilli azarkeşlərdən biri ölkəsinin “Hapoel” futbol klubunun bayrağını nümayiş etdirərək “Beşiktaş” azarkeşlərinin qəzəbinə səbəb olub.
Polis müdaxilə edərək kütləvi davanın başlamasının qarşısını alıb.
Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” – “Hapoel” matçı zamanı da azarkeşlər arasında kütləvi qarşıdurma yaşanmışdı.
Türkiyəli azarkeşlərin Fələstin bayraqları qaldırması və İsrail əleyhinə şüarlar yazılmış plakatlar nümayiş etdirməsi gərginliyə səbəb olmuşdu.
Hadisə zamanı saxlanılan Türkiyə klubunun 16 azarkeşi ertəsi gün sərbəst buraxılmışdı.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































