
- A-
- A
- A+
Türkiyə bu ölkədən hərbçilərini çıxarır
Türkiyə İraqın Başika bölgəsindəki Zilkan hərbi bazasından qoşunlarının çıxarılmasını 2026-cı ilin sonunadək başa çatdıracaq.
Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, bu barədə İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının nümayəndəsi Sabah ən-Numan “Iraqi News Agency”yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Türkiyə hərbçilərinin çıxarılmasından sonra baza 2026-cı ilin sonunadək və ya 2027-ci ilin əvvəlində İraq təhlükəsizlik qüvvələrinə təhvil veriləcək.
İraq-Türkiyə Birgə Təhlükəsizlik Komitəsi bazanın təhvil verilməsi və Sincarda təhlükəsizliyin gücləndirilməsi üzrə işlərə başlayıb. Razılaşma Türkiyə qoşunlarının mərhələli çıxarılmasını, İraqın bölgə üzərində nəzarətinin gücləndirilməsini və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Zilkan bazası 2015-ci ildə İŞİD-lə mübarizə aparan yerli qüvvələrin hazırlanması məqsədilə yaradılıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































