Dişlərdəki bakteriyaları elektriklə məhv edir – Ərp və qanamaya qarşı yeni kəşf

Dişlərdəki bakteriyaları elektriklə məhv edir – Ərp və qanamaya qarşı yeni kəşf

Hazırda oxunan: Dişlərdəki bakteriyaları elektriklə məhv edir – Ərp və qanamaya qarşı yeni kəşf
646873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin alimləri bakteriyaları məhv etmək və diş ərpini təmizləmək üçün yeni texnologiyaya əsaslanan diş fırçası hazırlayıblar.

Bizim.Media xəbər verir ki, yeni ixtira haqqında elmi araşdırmanın nəticələri nüfuzlu “Science Advances” jurnalında dərc olunub.

Yeni diş fırçasının tükləri pyezoelektrik materiallardan hazırlanıb. Fırçalama zamanı yaranan mexaniki təsir nəticəsində elektrik yükləri əmələ gəlir və aktiv oksigen formalarının yaranmasına səbəb olur. Bu maddələr bakteriyaların və diş ərpinin məhv edilməsinə kömək edir.

Laboratoriya sınaqları göstərib ki, yeni texnologiya kariyesə və diş əti xəstəliklərinə səbəb olan bakterial biotəbəqələri adi diş fırçasından daha effektiv şəkildə parçalayır.

Tədqiqat çərçivəsində 115 nəfər dörd qrupa bölünərək üç ay ərzində müşahidə edilib. Yeni diş fırçasından istifadə edən iştirakçılarda adi neylon tüklü fırçadan istifadə edənlərlə müqayisədə diş ərpinin, diş əti iltihabının və qanamanın daha az olduğu müəyyənləşdirilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO