Ermənistanda “Gümrü sakinləri sizin “İvanlarınız” deyil” ifadəsi yeni qalmaqal yaratdı

Ermənistanda “Gümrü sakinləri sizin “İvanlarınız” deyil” ifadəsi yeni qalmaqal yaratdı

Hazırda oxunan: Ermənistanda “Gümrü sakinləri sizin “İvanlarınız” deyil” ifadəsi yeni qalmaqal yaratdı
646847
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Şirak vilayətinin qubernatoru David Aruşanyan “İvanlar” ifadəsini işlədərkən rus xalqını təhqir etmədiyini bəyan edib.

Bizim.Media xəbər verir ki, Aruşanyan jurnalistlərin üzr istəmək niyyətində olub-olmadığı ilə bağlı sualını cavablandırarkən bildirib ki, heç kim onun böyük və dost xalqa qarşı təhqiramiz ifadələr işlədə biləcəyini düşünməməlidir:

“Sözlərimdə belə bir məna olmayıb”.

O, Rusiya rəsmilərinin onun açıqlamalarını nasist ritorikası ilə müqayisə etməsi ilə də razılaşmayıb.

Aruşanyan, eyni zamanda Gümrüdə yaşayan ruslarla münasibətinin çox yaxşı olduğunu deyib.

Xatırladaq ki, oktyabrın 17-də qubernator müxalif “Güclü Ermənistan” partiyasının təşkil etdiyi bayram tədbirlərini tənqid edərək, bunu növbəti siyasi tamaşa adlandırıb.

“Gümrü sizin “Nijniy Tabor”unuz deyil, Gümrü sakinləri isə sizin “İvanlarınız” deyil”, – deyə Aruşanyan yazıb.

David Auruşanyanın Gümrü sakinləri ilə bağlı səsləndirdiyi fikirlərdən sonra Rusiya səfirliyi ilə qubernator arasında açıq mübahisə yaranıb.

Rusiya səfirliyi də bu sözlərə münasibət bildirərək, “İvanlar” ifadəsinin alman nasistlərinin leksikonu ilə bağlı assosiasiyalar yaratdığını bəyan edib.

Diplomatlar həmçinin Şirak vilayətində Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyini və rusiyalı sərhədçilərin xidmət apardığını xatırladıblar.

Səfirlik milli zəmində düşmənçiliyi qızışdıra biləcək bəyanatların yolverilməz olduğu barədə xəbərdarlıq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO