
- A-
- A
- A+
Məşhur Hollivud aktyorunun beyni həkimlərə bağışlanacaq
Frontotemporal demensiya ilə mübarizə aparan dünya şöhrətli aktyor Brus Uillisin səhhəti ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, aktyorun zehni vəziyyəti getdikcə pisləşir.
Məlumatlara görə, həyat yoldaşı onun 24 saatlıq qayğı ilə əhatə olunmasını təmin etmək üçün böyük məbləğdə vəsait xərcləyir.
Bir vaxtlar Hollivudun ən sevilən ulduzlarından biri olan Brus Uillis uzun müddətdir ki, frontotemporal demensiya ilə mübarizə aparır. Əvvəlcə nitqə, sonra oxuyub-yazma bacarığına təsir edən xəstəlik getdikcə beyni tamamən ələ keçirir.
71 yaşlı aktyorun səhhəti ilə bağlı son iddialar pərəstişkarlarını dərindən kədərləndirib. “Daily Mail” nəşrinə danışan mənbələr Uillisin zehni vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşdiyini və onun artıq dünyadan təcrid olduğunu bildiriblər.
Hollivud ulduzunun həyat yoldaşı, aktyora 2022-ci ildə demensiya diaqnozu qoyulduqdan sonra, onun beynini "klinik tədqiqatlar" məqsədilə ianə etmək qərarına gəldiklərini açıqlayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































