
- A-
- A
- A+
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü
Qaxda kişi arvadını döyüb.
Bizim.Media xəbər verir ki, hadisə Güllük kəndində qeydə alınıb.
60 yaşlı Tofiq Səfərov (şərti adla) yaşadıqları evdə qeyri-rəsmi nikahda olan arvadı Simuzəri (şərti adla) yumruq zərbəsi ilə vurub. Bu hərəkətinə görə T. Səfərov barəsində Cinayət Məcəlləsini 127.1-ci (qəsdən sağlamlığa az ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs bildirib ki, Simuzərə ev işlərini görəndən sonra bağa gəlib ona akömək etməsini deyib. Özü də bundan sonra bağa fındıq yığmağa gedib. Lakin Simuzər gəlməyib və Tofiq evə gedəndə qadının heç bir ev işi görməyərək, yatdığının şahidi olub. Buna görə də yaranan mübahisə zamanı məlum hadisə baş verib.
Zərərçəkən qadının sözlərinə görə isə başı ağrıdığı üçün yatıb. Tofiqə bunu izah edəndə əri onu yumruqla vurub. O anda ağlamağa başlayıb və əri bir daha onu vurmayıb. Simuzər Səfərova hazırda əri ilə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə Tofiq Səfərov 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Qərara əsasən, ona Qax Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Qax rayonu, Güllük kəndində yerləşən yaşayış evini tərk etməmək və Qax rayonunun hüdudlarından kənara çıxmamaq tapşırılıb. (Lent.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































