İki dəfə Ginnesin Rekordlar kitabına düşüb – Xəzərin sahilində ucalan milli qürurumuz

İki dəfə Ginnesin Rekordlar kitabına düşüb – Xəzərin sahilində ucalan milli qürurumuz

Hazırda oxunan: İki dəfə Ginnesin Rekordlar kitabına düşüb – Xəzərin sahilində ucalan milli qürurumuz
646796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəzərin sahilində ucalan nəhəng dövlət bayrağı sadəcə Bakının ən görkəmli mənzərələrindən biri deyil, Azərbaycan xalqının milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan müqəddəs ünvandır. Göy, qırmızı və yaşıl rənglərin küləklə ahəngdar dalğalanması bu meydanda qürurla ucalaraq oradan sanki bütün Azərbaycana qucaq qaçır.

Əzəmətlə dalğalanan nəhəng üçrəngli bayraq

2010-cu ildə açılan Dövlət Bayrağı Meydanı zaman keçdikcə Azərbaycanın ən gözəl məkanlarından birinə çevrilib. 2024-cü ildə yenilənərək yenidən istifadəyə verilən meydan bu gün daha möhtəşəm görkəmi və əzəmətlə dalğalanan nəhəng üçrəngli bayrağı ilə milli qürurumuzun ifadəsini əks etdirir.

Dövlət Bayrağı Meydanı — Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkıdır. Dünyanın ən böyük bayrağı məhz Bakıda, bu meydanda dalğalanır.

Qeyd edək ki, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncamın (2007-ci il, 17 noyabr) imzalannası ilə eyni zamanda, Dövlət Bayrağı Günü də təsis edilib. Hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanda bütün infrastruktur yaradılıb. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və Azərbaycan xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

2010-cu ildən 2017-ci ilədək ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr, qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqram idi. Bununla da dünyada ən hündür bayraq dirəyi kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Yenidənqurma və bərpa işləri

2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar bayraq dirəyi və bayraq muzeyi də təmirə bağlanıb. Bu dəfə dirəyin üst diametri 2 metrə, qurğunun kütləsi isə 230 tona qaldırılıb. Bununla da əzəmətli bayrağımız öz rekordunu təzələyərək Ginnesin Rekordlar Kitabındakı yerini qoruyub. 2024-cü il noyabrın 6-da Prezident İlham Əliyev Azərbaycan bayrağını şəxsən qaldırıb.

Bayrağımızın tarixindən danışan muzey

Dövlət Bayrağı Muzeyi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuş və bu 2010-cu il sentyabrın 1-də Azərbaycanın paytaxtı Bakı şəhərində təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

Muzey 6 sərgi salonundan ibarətdir:

A Sərgi salonunda Azərbaycanın qədim və orta əsrlər dövrünə aid bayraqlar, bayraq ucluqları, hakimiyyət rəmzləri, sikkələr, silahlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri nümayiş olunur.

B Sərgi salonu Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrünü əhatə edir. Burada Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində 7 dekabr 1918-ci il tarixində asılmış Dövlət bayrağı, həmin dövrə aid foto şəkillər, pul əskinazları, poçt markaları, eləcə də Azərbaycan SSRİ-in bayraqları, gerbləri, müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, pul əskinazları və poçt markaları nümayiş olunur.

C Sərgi salonu müstəqillik dövrünü əhatə edir. Burada Ümummilli lider Heydər Əliyevə həsr edilən xatirə medalları və poçt markaları, Azərbaycan Respublikası Prezidentinin ştandartı, Azərbaycan Respublikasının orden və medalları, Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də, Vətən müharibəsinə həsr edilən orden və medallar, dünyanın ən hündür zirvələrində sancılmış Dövlət bayrağı nümayiş etdirilir.

Bu salonda "Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2007-ci il tarixli Sərəncamı, "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı, Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 17 noyabr 1990-cı il tarixli qərarından ibarət stend yerləşdirilib.

D Sərgi salonunda Azərbaycan Silahlı Qüvvələrinin bayraqları, medalları, emblem və şevronları nümayiş olunur.

E və F sektorlarında Azərbaycan Respublikasının hərbi qulluqçularının mərasim geyim formaları nümayiş olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO