Matçda bədbəxt hadisə - Tribuna çökdü

Matçda bədbəxt hadisə - Tribuna çökdü

Hazırda oxunan: Matçda bədbəxt hadisə - Tribuna çökdü
646896
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Norveç çempionatının 26-cı turunda keçirilən “Tromsö” - “Budö-Qlimt” matçı (0:2) zamanı bədbəxt hadisə baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Norveçin VG nəşri məlumat yayıb.

Qarşılaşma zamanı qonaq komandanın azarkeşlərinin yerləşdiyi tribunanın bir hissəsi çöküb. Nəticədə 25 yaşlı azarkeşin qabırğası sınıb və o, xəstəxanaya yerləşdirilib.
 

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb. Əvvəlcə zərərçəkənlər, daha sonra isə “Tromsö” klubunun rəhbərliyi dindiriləcək. Həmçinin stadionun tribunalarında hadisədən əvvəl aparılan yoxlamalara dair sənədlər araşdırılacaq.


Klubun hüquqi məsuliyyətə cəlb olunması da istisna edilmir.

Qeyd edək ki, hadisədən bir həftə əvvəl Norveç Futbol Federasiyası (NFF) yüksək liqa klublarından stadionların, xüsusilə azarkeş sektorlarının təhlükəsizliyini yoxlamağı tələb etmişdi. “Tromsö” isə müvafiq yoxlamanın aparıldığını bildirmişdi

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO