İzmirdə insan tələfatı yaşanır - YENİLƏNİB/VİDEO

İzmirdə insan tələfatı yaşanır - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: İzmirdə insan tələfatı yaşanır - YENİLƏNİB/VİDEO
646883
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən dəmir-polad zavodunda baş verən partlayış nəticəsində ölənlərin sayı 16-ya yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı daha 13 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Ərdoğan bildirib ki, partlayışla bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.

“Millət olaraq hamımızı dərindən sarsıdan bu faciənin nə səbəbdən və necə baş verdiyi, kimin səhlənkarlığa yol verdiyi və kimin məsuliyyət daşıdığı müəyyən ediləcək”, – deyə Türkiyə lideri vurğulayıb.

***18:44

Türkiyənin İzmir şəhərində zavodda baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

Bizim.Media xəbər verir ki, hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Hazırda ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisə ilə bağlı ölkənin daxili işlər naziri, eləcə də energetika və təbii sərvətlər nazirindən mütəmadi məlumat aldığını və vəziyyətin inkişafını izlədiyini bildirib.


Qeyd edək ki, hadisə noyabrın 9-da saat 11:30 radələrində Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda qeydə alınıb. Hadisə yerinə çoxsaylı yanğınsöndürən və tibbi yardım briqadaları cəlb olunub.



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO