Binalarda yalnız elektrikli plitələrdən istifadə olunacaq – Tarix açıqlandı

Binalarda yalnız elektrikli plitələrdən istifadə olunacaq – Tarix açıqlandı

Hazırda oxunan: Binalarda yalnız elektrikli plitələrdən istifadə olunacaq – Tarix açıqlandı
646849
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda tikinti sahəsi 2060-cı ilədək qaz əsaslı isitmə sistemlərindən bütünlüklə əl çəkərək istilik nasoslarına tam keçidi hədəf olaraq müəyyən edib.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında bildirilir.

Azərbaycan hökuməti sıfır emissiya hədəfinə çatmaq üçün yaşayış və kommersiya təyinatlı binalarda enerji səmərəliliyi normalarının tətbiqinə yönəlmiş əhatəli plan işləyib hazırlayıb. 2022-ci il göstəricilərinə əsasən, ölkə üzrə ümumi emissiyaların 14 %-i binaların payına düşüb və bu rəqəm 10 milyon ton CO₂ ekvivalentinə bərabər olub.

Dekarbonizasiya prosesinin əsas aləti ənənəvi qaz isitmə avadanlıqlarından "hava-su" tipli elektrik istilik nasoslarına keçid olacaq. Strategiyada nəzərdə tutulur ki, 2060-cı ilədək ölkənin bütün binalarında istilik nasoslarının və elektrik mətbəx plitələrinin istifadə nisbəti 100 %-ə çatdırılmalıdır.

Enerji sərfiyyatının azaldılması istiqamətində həm mövcud tikililərin (o cümlədən sovet dövrünə aid yaşayış binalarının), həm də yeni inşa olunan obyektlərin genişmiqyaslı istilik izolyasiyasının həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, hər yerdə ikiqat şüşəli pəncərə sistemlərinin quraşdırılması, LED işıqlandırma texnologiyasına tam keçid, habelə yüksək enerji səmərəliliyi sinfinə malik məişət avadanlıqlarının tətbiqi nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO