Ərdoğan:“Qarabağda sülh və əmin-amanlıq ruhu hökm sürür”

Ərdoğan:“Qarabağda sülh və əmin-amanlıq ruhu hökm sürür”

Hazırda oxunan: Ərdoğan:“Qarabağda sülh və əmin-amanlıq ruhu hökm sürür”
646899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri zamanı Qarabağda bərpa işlərinin fəal şəkildə aparılmasının şahidi olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə yollar, binalar, yeraltı keçidlər, dini ibadət yerləri və yaşayış evləri sürətlə tikilir.

“Bütün Qarabağda sülh və əmin-amanlıq ruhu hökm sürür. “İki dövlət, bir millət” prinsipinə uyğun olaraq azərbaycanlı qardaşlarımıza hərtərəfli dəstək göstəririk”, – deyə Ərdoğan bildirib.

O, həmçinin Azərbaycanın ərazilərinin azad edilməsi uğrunda həlak olan qəhrəmanların xatirəsini yad edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO