Bakı və Abşeron üçün yeni layihə: Xəzərin suyunu içmək mümkün olacaq

Bakı və Abşeron üçün yeni layihə: Xəzərin suyunu içmək mümkün olacaq

Hazırda oxunan: Bakı və Abşeron üçün yeni layihə: Xəzərin suyunu içmək mümkün olacaq
646871
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir.

Bizim.Media xəbər verir ki, bunu COP31-də Azərbaycan pavilyonunda təşkil olunan "Geniş miqyasda su təhlükəsizliyi - Su prioritetlərindən maliyyələşdirilə bilən, iqlimə davamlı infrastruktura doğru" başlıqlı sessiyada Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev deyib.

Onun sözlərinə görə, su resurslarının əhəmiyyətli bir hissəsi sərhədlərimizdən kənarda formalaşır, bu da transsərhəd əməkdaşlığı həyati dərəcədə vacib edir:

"Bakı və Abşeron yarımadası da şirin su təchizatında yarımadadan kənar mənbələrdən asılıdır. Buna görə də bu təchizat mənbələrinin diversifikasiya olunması bizim uzunmüddətli davamlılığımızın mərkəzində dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram infrastruktur investisiyalarını sudan daha səmərəli istifadə və alternativ təchizat mənbələri ilə əlaqələndirir".

M.Babayev qeyd edib ki, dövlət-özəl tərəfdaşlığı çərçivəsində "ACWA Power" şirkəti ilə birlikdə həyata keçirilən Xəzər dənizinin suyunun zərərsizləşdirilməsi (duzsuzlaşdırılması) layihəsi bu yanaşmanı praktiki olaraq reallaşdırır:

"Layihənin planlaşdırılan gücü gündə 300 000 kubmetr içməli su təşkil edir. Bu layihə Bakı və Abşeron üçün əlavə su mənbəyi təmin edərək mövcud şirin su ehtiyatlarından asılılığı azaldacaqdır. Bu layihə beynəlxalq əməkdaşlığın milli uyğunlaşma prioritetini necə dəstəkləyə biləcəyini nümayiş etdirir. Dövlət ictimai tələbatı müəyyən edir, özəl investisiyalar və təcrübə isə bu infrastrukturu istifadəyə verməyə kömək edir. Əsas məqsəd aydın olaraq qalmalıdır: əhali üçün etibarlı və əlçatan su təminatı.

COP29-da biz iqlim maliyyələşdirilməsini beynəlxalq fəaliyyətin mərkəzinə gətirmək üçün çalışdıq. Su təhlükəsizliyi həmin maliyyənin nəyə yönəldilməli olduğunu göstərir: su qıtlığı həyati əhəmiyyətli xidmətləri və iqtisadi fəaliyyəti təhdid etməzdən əvvəl investisiya qoyuluşu.

Mən burada iştirak edən hökumətləri, biznes nümayəndələrini və maliyyə institutlarını bu təcrübənin su qıtlığı ilə üzləşən digər ölkələrdə oxşar layihələrin maliyyələşdirilməsinə necə dəstək ola biləcəyini nəzərdən keçirməyə dəvət edirəm. Milli prioritetlərin həyata keçirilməsi üçün onların maliyyələşdirilməsinə və icrasına kömək etməyə hazır olan tərəfdaşlara ehtiyac var. Bizim məqsədimiz dəyişən iqlimin təzyiqlərinə tab gətirə biləcək etibarlı su təchizatını təmin etməkdir". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO