Kişi işləmək istəyən sevgilisini döydü - Abşeronda olay

Kişi işləmək istəyən sevgilisini döydü - Abşeronda olay

Hazırda oxunan: Kişi işləmək istəyən sevgilisini döydü - Abşeronda olay
646882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Abşeron rayonunda kişi sevgilisini döyüb.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsində baş verib.

İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir - red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub.
 

Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onlar sevgili olublar. Təxminən 6 ay sevgi münasibətində olan cütlük evlənmək qərarı versə də, bir yerdə yaşamaları mümkün olmayıb.


Bir neçə gün öncə xanım Fəridi evinə çağırıb və ondan maddi çətinliyi olduğu üçün pul istəyib. Fərid sevgilisinə 20 manat verib. Bundan sonra onların arasında mübahisə yaranıb və xanım iş tapacağını bildirib. Fərid onun işləməsinə etiraz edib və buna icazə verməyib.

Qadın isə dolana bilmədiyi üçün işləməyə qərar verdiyini deyib. Nəticədə Fərid sevgilisini döyüb, ona bədən xəsarətləri yetirib.

Hadisə yerinə polis əməkdaşları gəlib, Fərid saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq elan olunduğundan, cinayət işinə xitam verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO