Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq”

Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq”

Hazırda oxunan: Ərdoğan: “Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq”
646836
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Türkiyə ilə Azərbaycan arasında parçalanma yaratmağa cəhd edənlər mənasız bir işlə məşğuldurlar”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarəkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

Türkiyə dövlət başçısı bildirib ki, bu vəhdətin müəyyən dairələrdə narahatlıq doğurduğu hamıya bəllidir.

"Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə hərəkət etdikləri zaman nələr bacardıqlarını anlamaq üçün tarixə baxmaq yetərlidir. Biz müxtəlif dövlətlərik. Eyni zamanda, fərqli institusional quruluşlara sahibik. Lakin qardaşlıq bağları ilə bir-birimizə möhkəm şəkildə bağlıyıq. Bu bağlılıq bizi ayaqda saxlayan, gücləndirən ən əsas amildir. Qardaşlığımız ortaq keçmişimizin, ortaq mədəni irsimizin və gələcək nəsillərə ötürəcəyimiz böyük mirasın ən etibarlı zəmanətlərindən biridir".

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında həmrəylik, tale birliyi və qardaşlıq əlaqələrinin mövcud olduğunu da vurğulayıb:

"Türkiyə və Azərbaycan bundan sonra da regionda sülhün, sabitliyin və rifahın bərqərar edilməsi yolunda çiyin-çiyinə birgə irəliləməyə davam edəcək". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO