Zelenskinin müşavirinin qardaşının Rusiya ilə əlaqələri üzə çıxdı

Zelenskinin müşavirinin qardaşının Rusiya ilə əlaqələri üzə çıxdı

Hazırda oxunan: Zelenskinin müşavirinin qardaşının Rusiya ilə əlaqələri üzə çıxdı
646888
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyakın böyük qardaşı Vladimir Podolyak Rusiyanın tərəfində döyüşərkən Zaporojye vilayətində həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Killed in Ukraine” (KIU) layihəsi “Rosstat”ın sızdırılmış məlumatlarına istinadən məlumat yayıb. 

Məlumata görə, 59 yaşlı Vladimir Podolyak 2024-cü il mayın 19-da Zaporojye vilayətinin işğal altında olan hissəsində yerləşən Kirillovka qəsəbəsində həyatını itirib.
 

Sızdırılmış sənəddə onun ölüm səbəbi kimi kəllədaxili travma və “dəqiqləşdirilməmiş hərbi əməliyyatlar nəticəsində yaranan xəsarətlər” göstərilib. Hadisənin digər təfərrüatları açıqlanmayıb.


Qeyd edək ki, 2024-cü ildə Vladimir Podolyakın məzarının fotosu mediada yayımlanmışdı. Lakin həmin vaxt onun ölüm şəraiti məlum deyildi. Məzarın üzərindəki portretdə o, Rusiya polkovniki formasında, iki “İgidliyə görə” ordeni və “Hərbi kəşfiyyatda xidmətə görə” nişanı ilə təsvir olunub.

Mixail Podolyak 2021-ci ildə böyük qardaşının uzun müddətdir “hərbi təqaüdçü” olduğunu bildirmişdi. O, qardaşının ölümü ilə bağlı açıqlama verməyib. Bununla belə, Mixail Podolyak daha əvvəl Vladimirin Rusiya xüsusi xidmət orqanları ilə əlaqələrini etiraf etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO