Süni intellektə görə bu şirkətdə 2 300 nəfər işdən çıxarılır

Süni intellektə görə bu şirkətdə 2 300 nəfər işdən çıxarılır

Hazırda oxunan: Süni intellektə görə bu şirkətdə 2 300 nəfər işdən çıxarılır
646855
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın telekommunikasiya şirkəti olan “Vodafone” qarşıdakı iki il ərzində təxminən 2 300 əməkdaşını işdən çıxarmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, şirkətin yaydığı açıqlamaya görə, “Vodafone” Almaniyada genişmiqyaslı qənaət və yenidənqurma proqramına başlayıb.

Bu tədbir təxminən 12 min əməkdaşı olan şirkətin hər 5 işçisindən demək olar ki, birinə birbaşa təsir edəcək. Şirkət qarşıdakı iki il ərzində təxminən 2 300 əməkdaşını işdən çıxarmağı və ya bəzi vəzifələri digər bölmələrə köçürməyi planlaşdırır.

Müştəri itkilərindən sonra təşkilati strukturu sadələşdirməyi hədəfləyən şirkət korporativ prosesləri, satış və müştəri xidmətlərini süni intellektin dəstəyi ilə daha inteqrasiya olunmuş sistemdə birləşdirmək niyyətindədir.

İxtisarlar əsasən rəhbər vəzifələri, inzibati heyət və şirkətin əvvəllər “Unitymedia”nı satın almasından sonra yaranmış təkrarlanan struktur bölmələrini əhatə edəcək.

“Vodafone” Almaniyanın baş icraçı direktoru (CEO) Marsel de Qrot bazarın görünməmiş sürətlə dəyişdiyini və rəqabətin kəskinləşdiyini bildirib.

“Keçmişdə işə yarayan üsullar gələcək uğurumuzu təmin etmir”, – deyə o bildirib.

Şirkət işçi sayının azaldılmasına baxmayaraq, əməliyyat xərclərinə qənaət hesabına əldə edilən vəsaiti fiber-optik infrastruktura, bulud texnologiyalarına, korporativ təhlükəsizliyə və rəqəmsal müştəri kanalları kimi inkişaf sahələrinə yönəltməyi hədəfləyir.

Digər tərəfdən, Almaniyanın telekommunikasiya bazarında kabel televiziyası haqqında qanuna edilən dəyişiklikdən sonra rəqabətin artması digər şirkətləri də xərcləri azaltmağa məcbur edir.

“Vodafone”un rəqiblərindən olan “O2 Telefonica” da bu ilin sonuna qədər 1 100 əməkdaşı ilə yollarını ayıracağını və 60 mağazasını bağlayacağını açıqlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO