Xəbər verdiyimiz kimi, İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip Orta məktəbində bıçaqlı hücum nəticəsində 7 şagird yaralanıb. Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Bizim.Media xəbər verir ki, ilkin məlumata görə, hücumu törədən qız şagird həmin məktəbdə oxumur.
Onun başqa Anadolu liseyinin 10-cu sinif şagirdi olduğu və öz məktəbinin formasında orta məktəb binasına daxil olduğu müəyyənləşdirilib.
Məlumata görə, şübhəli evdən özü ilə bıçaq gətirib və məktəbə daxil olduqdan sonra şagirdlərə hücum edib. Polis tərəfindən saxlanılan şübhəlinin gözaltına alınma anları da kameraya düşüb.
Yaralanan 7 şagird təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.


Bizim.Media

- A-
- A
- A+
Region
12:07 / 06.10.2026
İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO
Hazırda oxunan: İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO
Hazırda oxunan: İstanbulda 7 şagirdi yaralayan qız belə ələ keçirildi – FOTO-VİDEO
640670
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































