Ankaranın Yeniməhəllə rayonunda bir mənzildən dava və silah səslərinin gəlməsi barədə məlumat daxil olduqdan sonra hadisə yerinə gedən qruplar ikisi qardaş olmaqla 3 nəfəri tapança və bıçaqla öldürülmüş halda aşkar edib.
Bizim.Media xəbər verir ki, polis cinayəti törədən şəxs və ya şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Ölən şəxslərin Mehmet B. və qardaşlar Mehmet Emre Ç. ilə Enes Ç. olduğu müəyyənləşdirilib.
Ankaranın Yeniməhəllə rayonunda ikisi qardaş olmaqla 3 nəfər bir mənzildə tapança və bıçaqla öldürülmüş halda tapılıb. Silah səslərinin eşidilməsi ilə bağlı verilən məlumatdan sonra hadisə üzə çıxıb və polis cinayəti törədən şəxs və ya şəxslərin tutulması üçün genişmiqyaslı araşdırmaya başlayıb.
Polis əməkdaşları mənzildə və ətraf ərazidə təhlükəsizlik tədbirləri görüblər, hadisə yerində ətraflı araşdırma aparılıb.
Daha sonra 3 nəfərin meyiti Məhkəmə-Tibb Ekspertizası Müəssisəsinin morquna aparılıb.
Cinayəti törədən şəxs və ya şəxslərin kimliyinin müəyyənləşdirilməsi və tutulması üçün polis əməkdaşları hərəkətə keçib. Hadisə ilə bağlı araşdırma geniş istiqamətdə davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Region
11:37 / 22.09.2026
Mənzildə qətliam! İkisi qardaş olmaqla 3 nəfərin meyiti tapıldı - VİDEO
Hazırda oxunan: Mənzildə qətliam! İkisi qardaş olmaqla 3 nəfərin meyiti tapıldı - VİDEO
Hazırda oxunan: Mənzildə qətliam! İkisi qardaş olmaqla 3 nəfərin meyiti tapıldı - VİDEO
638027
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































