“Avropa xalqları liderlərinin ölkələrini Rusiya ilə müharibəyə sövq etdiyini anlayırlar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Almaniya üçün Alternativ” partiyasının Almaniyada keçirilən seçkilərdə əldə etdiyi nəticələr də bununla izah olunur.
Putin vurğulayıb ki, Rusiya Avropa ölkələrini təhdid etmir və bunu etməyə hazırlaşmır.
“Rusiyanın Avropanı təhdid etməsi üçün heç bir əsas yoxdur”, – Rusiya Prezidenti qeyd edib.
Putin eyni zamanda xəbərdarlıq edib ki, Avropa ölkələrinin qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsi Rusiya ilə müharibə demək olacaq.
Rusiya Prezidenti Ukraynada baş verən mövcud hadisələrə görə Qərb elitalarını günahlandırıb.
Bizim.Media

- A-
- A
- A+
Region
09:20 / 12.09.2026
Putin: “Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir” – VİDEO
Hazırda oxunan: Putin: “Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir” – VİDEO
Hazırda oxunan: Putin: “Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsi Rusiya ilə müharibə deməkdir” – VİDEO
636198
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































