Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

Hazırda oxunan: Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırılacaq?

630625

Gürcüstanda sərxoş sürücülərin avtomobili işə salmasının qarşısını alan xüsusi cihazların quraşdırılması məcburi ola bilər.

Bizim.Media xəbər verir ki, bu məsələ 2026–2030-cu illər üçün Milli Yol Hərəkəti Təhlükəsizliyi Strategiyasında əksini tapıb.

Strategiyaya əsasən, narkotik maddələrin təsiri altında avtomobil idarə edən sürücülərin aşkarlanması üçün xüsusi texniki vasitələrin də mərhələli tətbiqi planlaşdırılır.
 

Sənəddə, həmçinin avtomobillərdə "alkoqol bloklaması" sistemlərinin tətbiqi ilə bağlı işlərin davam etdiriləcəyi qeyd olunur. Sistem sürücünün qanında spirtin miqdarı müəyyən edilmiş həddi keçdikdə avtomobilin mühərrikinin işə salınmasına imkan vermir.


Gələcəkdə Gürcüstan bazarına çıxarılan nəqliyyat vasitələri üçün standartlar müəyyən edilərkən bu texnologiyanın tətbiqinin nəzərə alınması planlaşdırılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO