Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

Hazırda oxunan: Paşinyanın qızı Ədliyyə Nazirliyindəki müzakirəyə hansı statusda qatılıb?

630543

Ermənistanın Baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyanın Ədliyyə Nazirliyində keçirilən müzakirədə hansı statusda iştirak etdiyi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin mətbuat katibi Mariam Melkumyan NEWS.am-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Şuşan Paşinyan Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Nazirlə bir gün” proqramında iştirak edir və eyni zamanda nazirlikdə təcrübə keçir.
 

Bundan əvvəl Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan şəxsi məlumatların qorunması üzrə muxtar qurumun yaradılmasını nəzərdə tutan qanunvericilik paketinin müzakirəsinə dair video yayımlamışdı. Kadrlarda Şuşan Paşinyanın da iştirak etdiyi görünürdü.


Nazirlik onun müzakirədə iştirakının məhz proqram və təcrübə çərçivəsində həyata keçirildiyini açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO