Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

Hazırda oxunan: Rusiya "Human Rights Foundation" təşkilatını "arzuolunmaz" ELAN ETDİ

629747

Rusiya Baş Prokurorluğu Amerikanın "Human Rights Foundation" (İnsan Hüquqları Fondu) təşkilatının fəaliyyətini ölkə ərazisində arzuolunmaz elan edib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, qurumun versiyasına görə, fond Rusiya Silahlı Qüvvələrini nüfuzdan salan materiallar yayır və daha əvvəl arzuolunmaz elan edilmiş digər təşkilatları dəstəkləyir.
 

Sözügedən fond 2005-ci ildə ABŞ-da təsis edilib və özünü avtoritar hesab etdiyi ölkələrə xüsusi diqqət yetirən hüquq-mühafizə təşkilatı kimi təqdim edir. Fondun layihələrindən biri də dövlətləri demokratik prinsiplərə riayət etmə baxımından qiymətləndirən "Tyranny Tracker" interaktiv xəritəsidir. 2024-cü ildən fondun sədri Yuliya Navalnayadır.


Baş Prokurorluqdan əlavə ediblər ki, "Human Rights Foundation" Rusiya vətəndaşlarına qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ hakimiyyəti üçün tövsiyələrin hazırlanmasında iştirak edir. Qurum fondun həmçinin Rusiya aktivlərinin xaricdə dondurulmasına kömək etmək məqsədilə Rusiyadan gələn maliyyə axınları barədə məlumat topladığını iddia edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO