İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

Hazırda oxunan: İrandan ABŞ-a CAVAB: Küveyt və Bəhreyn ballistik raketlərlə belə vuruldu – ANBAAN VİDEO

624045

Xəbər verdiyimiz kimi, dünən ABŞ İranın cənub bölgələrində 80-ə yaxın hədəfə zərbələr endirib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın hücumlarına cavab olaraq İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bu səhər Küveyt və Bəhreyndəki ABŞ hədəflərinə ballistik raketlər atıb.

SEPAH atılan ballistik raketlərin görüntülərini paylaşıb.
 

Qeyd edək ki, gecə İranın strateji liman şəhərləri olan Bəndər-Abbas və Sirikə, eləcə də Hörmüz boğazında yerləşən hərbi əhəmiyyətli Qeşm adasına ard-arda güclü zərbələr endirilib. Ərazidə mülki və hərbi infrastrukturun ciddi zərər gördüyü, İran ordusunun tam döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilib.


ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə bəyan edib ki, bu hərbi əməliyyat İran tərəfindən son günlər Hörmüz boğazında xarici neft tankerlərinə edilən raket və dron hücumlarına cavab olaraq həyata keçirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO