Pakistanın Baş naziri Şahbaz Şərif Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlib.
Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, prezident Ərdoğan Şahbaz Şərifi Prezident Aparatının Dolmabağça İş Ofisində rəsmi mərasimlə qarşılayıb.
Qarşılama mərasimindən sonra Ərdoğan və Şərif təkbətək görüş keçiriblər. Əldə edilən məlumata görə, görüşdə iki ölkə arasında ticarət və əməkdaşlıq məsələləri müzakirə olunub.
Həmçinin regional təhlükəsizlik məsələləri və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair strategiyalar diqqət mərkəzində saxlanılıb.
Ərdoğan Pakistanla əlaqələrin hər bir sahədə daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüşün iki ölkə arasındakı dostluğun möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.



Bizim.Media

































































































