Ermənistan artıq Gümrü–Axurik və Yerasx (Arazdəyən) dəmir yolu sahələrinin bərpasına yönəlmiş proseslərə başlayıb.
Bizim.Media “armenpress.am”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
"Bu işləri həyata keçirəcəyik. Dəmir yolunun qalan hissəsinə gəlincə isə, işgüzar müzakirələri davam etdirəcəyik, o cümlədən rusiyalı tərəfdaşlarımızla”, – Paşinyan deyib.
Baş nazir vurğulayıb ki, regiona beynəlxalq dəmir yolu marşrutlarının daxil olduğu bir vaxtda ölkə bu yolların Ermənistandan yan keçməsinə sadəcə müşahidəçi rolunda qala bilməz.
"Bunlar bizim dəmir yollarımızdır, bizim mülkiyyətimizdir və biz öz mülkiyyətimizi idarə etməliyik. Təfərrüatı təqdim edə bilmərəm, çünki bu məsələləri hüquqi məsləhətləşmələr və işçi müzakirələr zamanı həll etməliyik. CQDY bütün bu proseslərə cəlb olunub, onlar baş verənlərdən xəbərdardırlar".
Bizim.Media

- A-
- A
- A+
Region
22:07 / 02.07.2026
Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"
Hazırda oxunan: Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"
Hazırda oxunan: Paşinyan: "Türkiyə və Azərbaycan istiqamətində dəmir yolu bərpa olunur"
622961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































