Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın qərarı ilə ölkənin səhiyyə naziri Anahit Avanesyan Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən "NEWS.am" agentliyi yayıb.
Məlumata görə, A.Avanesyan 1–2 iyul tarixlərində İstanbulda keçiriləcək “Zəlzələlərin sağlamlığa göstərdiyi fəsadların azaldılmasına yönəlmiş səhiyyə sistemlərinin hazırlığı və cavab tədbirləri” adlı nazirlər konfransında iştirak edəcək.
Nazirin Türkiyəyə ezamiyyəti ilə bağlı gündəlik xərclər Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsindən Səhiyyə Nazirliyinə ayrılan vəsait hesabına ödəniləcək. Yol və yaşayış xərcləri isə dəvət edən tərəfin vəsaiti hesabına qarşılanacaq.
Ermənistanın səhiyyə naziri ezamiyyətdən qayıtdıqdan sonra üç gün müddətində baş nazirin 19 sentyabr 2018-ci il tarixli müvafiq qərarı ilə müəyyən edilmiş qaydaya uyğun olaraq, səfərin nəticələrinə dair hesabat təqdim etməlidir.
Bizim.Media





































































































