Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

Hazırda oxunan: Bu ölkə liderləri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək – SİYAHI

622402

İranın mərhum ali lideri Ayətullah Seyyid Əli Xameneinin bir neçə gün davam edəcək vida və dəfn mərasimlərinə hazırlıqlar son mərhələyə qədəm qoyub. WANA agentliyinin yaydığı məlumata görə, Tehran, Qum, Məşhəd və İraqın bir sıra şəhərlərində keçiriləcək genişmiqyaslı tədbirlərdə region ölkələrindən yüksək rütbəli rəsmilər və nümayəndə heyətləri iştirak edəcək.

Bizim.Media xəbər verir ki, gələn həftə Türkmənistan Prezidenti Qurbanqulu  Berdimuhammedovun rəhbərlik etdiyi geniş nümayəndə heyətinin Tehrana gələcəyi gözlənilir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvilinin də rəsmi nümayəndə heyəti ilə birgə vida və dəfn mərasimlərində iştirak edəcəyi bildirilir.

Ermənistan Baş naziri Nikol Paşinyanın da matəm tədbirlərinə qatılmaq məqsədilə İrana səfər etmək niyyətində olduğu iddia edilir. Qətər nümayəndə heyətinə isə böyük ehtimalla ölkə əmirinin rəhbərlik edəcəyi, planlar dəyişəcəyi təqdirdə isə heyətə Qətərin baş nazirinin başçılıq edəcəyi qeyd olunub.
 

Cənubi Asiya regionundan isə Pakistanın baş naziri iyulun 3-də, cümə günü yüksək səviyyəli nümayəndə heyəti ilə birlikdə İrana gələcək. O, daha əvvəl Pakistan Milli Assambleyasında etdiyi çıxışında bu səfərin İran Prezidenti Məsud Pezeşkianın rəsmi dəvəti əsasında baş tutacağını bildirmişdi.


Mövcud proqrama əsasən, İran Prezidenti Məsud Pezeşkian özü də matəm tədbirləri çərçivəsində İraqa səfər edəcək.

Plana uyğun olaraq, Tehran və Qum şəhərlərindəki mərasimlərdən sonra mərhum liderin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhəd şəhərinə qaytarılacaq.

Bununla əlaqədar, əvvəlcə İrandakı mərasimlərə qatılmağı planlaşdıran bəzi xarici rəsmilər və zəvvarların birbaşa İraqda təşkil olunacaq tədbirlərə qoşulmaq qərarına gəldiyi vurğulanır.
 

İranın Birinci vitse-prezidenti bəyan edib ki, xarici qonaqların və rəsmi nümayəndə heyətlərinin ölkəyə gəlişi artıq cümə günündən etibarən başlayacaq. Onun sözlərinə görə, qonaqların qarşılanması, mərasimlərdə iştirakı və İran rəsmiləri ilə ikitərəfli görüşlərin təşkili üçün bütün zəruri tədbirlər görülüb.


Rəsmi qrafikə əsasən, Tehrandakı İmam Xomeyni adına Böyük Müsəlla məscidində mülki vida mərasimi iyulun 4-ü səhər saat 06:00-da başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək.

Cənazə namazı isə iyulun 5-i səhər saatlarında qılınacaq. Tehran, Qum və İraqdakı mərasimlərin ardınca mərhum lider iyulun 9-u, cümə axşamı günü Məşhəddə, İmam Rza (ə) ziyarətgahında dəfn olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO