Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

Hazırda oxunan: Türkiyə MMN Azərbaycan hərbçiləri üçün təlim keçəcək - FOTO

620099

Türkiyə Milli Müdafiə Nazirliyi 2026-2027-ci illərdə Azərbaycan hərbçiləri üçün təlim keçəcək.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin "X" sosial şəbəkə hesabında açıqladığı hərbi şəxsi heyətinin kvota planında qeyd olunub.

Məlumata görə, plan çərçivəsində 16 ölkədən – Azərbaycan, Burundi, Banqladeş, Qvineya, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Liviya, Macarıstan, Mali, Monqolustan, Özbəkistan, Seneqal, Somali və Türkmənistandan ümumilikdə 448 hərbi qulluqçu üçün təlim kvotası ayrılıb.

Nazirlikdən əlavə olunub ki, il ərzində dost və müttəfiq ölkələrdən daxil olan əlavə müraciətlərə uyğun olaraq bu sayın artacağı gözlənilir.

"Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən bir çox dost və müttəfiq ölkə ilə imzalanmış ikitərəfli sazişlər çərçivəsində təlim və məsləhət fəaliyyəti həyata keçirilir", - məlumatda bildirilib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO