"Güclü Ermənistan"ın səlahiyyətli nümayəndəsi saxlanıldı: 2 dəfə səs verməyə cəhd edib

"Güclü Ermənistan"ın səlahiyyətli nümayəndəsi saxlanıldı: 2 dəfə səs verməyə cəhd edib

Hazırda oxunan: "Güclü Ermənistan"ın səlahiyyətli nümayəndəsi saxlanıldı: 2 dəfə səs verməyə cəhd edib

617745

Ermənistan İstintaq Komitəsi parlament seçkiləri zamanı seçki qanunvericiliyini pozmaqda şübhəli bilinən şəxsin saxlanılması barədə məlumat yayıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, "Güclü Ermənistan" blokunun səlahiyyətli nümayəndəsi olan A. S. Geqarkunik mərzinin Geqamasar icmasında yerləşən 20/56 saylı seçki məntəqəsində iki dəfə səs verməyə cəhd göstərib.

Lakin məntəqədə quraşdırılmış xüsusi elektron identifikasiya aparatı onun təkrar səsvermə cəhdini dərhal qeydə alıb və sistem xəbərdarlıq edib. Bundan sonra həmin şəxs asayiş keşikçiləri tərəfindən dərhal saxlanılıb.

Faktla bağlı İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO