Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında yerləşən sərhəd-keçid məntəqəsində, daha sonra isə Ermənistan Su Komitəsinin "Crar" QSC-nin inzibati binasında transsərhəd su ehtiyatlarının idarə edilməsi üzrə daimi fəaliyyət göstərən birgə komissiyaların növbəti iclası baş tutub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "NEWS.am" agentliyi ölkənin Su Komitəsinə istinadən yayıb.
Məlumata görə, görüş çərçivəsində konkret olaraq "Sərdarapat tənzimləyicisinin istismarı" və "Axuryan (Arpaçay) su anbarının istismarı" üzrə Ermənistan-Türkiyə birgə komissiyalarının iclasları keçirilib.
Su Komitəsindən verilən rəsmi açıqlamada danışıqlar zamanı tərəflər arasında transsərhəd sularının birgə idarə olunması və istifadəsinə dair bir sıra mühüm razılaşmaların əldə olunduğu bildirilsə də, əldə edilən razılaşmaların detalları və təfərrüatları barədə geniş məlumat verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Region
13:06 / 21.05.2026
Türkiyə nümayəndə heyəti Ermənistana gəldi: Nəyi müzakirə etdilər?
Hazırda oxunan: Türkiyə nümayəndə heyəti Ermənistana gəldi: Nəyi müzakirə etdilər?
Hazırda oxunan: Türkiyə nümayəndə heyəti Ermənistana gəldi: Nəyi müzakirə etdilər?
614549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































