Türkiyəyə düşən dronun KİMƏ məxsus olduğu müəyyənləşdi - VİDEO

Türkiyəyə düşən dronun KİMƏ məxsus olduğu müəyyənləşdi - VİDEO

Hazırda oxunan: Türkiyəyə düşən dronun KİMƏ məxsus olduğu müəyyənləşdi - VİDEO

613553

Türkiyənin Samsun şəhərində yerə çırpılan pilotsuz uçuş aparatı Ukraynaya məxsus olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Doğru Haber" nəşri məlumat yayıb.

Materialda bildirilir ki, Ukraynaya məxsus "Maya" adlı pilotsuz uçuş aparatı sahilyanı Samsun şəhərində qəzaya uğrayıb.
 

Jurnalistlərin məlumatına görə, PUA texniki nasazlıq və ya Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin müdaxiləsi səbəbindən Krım və ya Krasnodar diyarına hücum zamanı istiqamətini dəyiımiş olar bilər.


DHA agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində binalara ziyan dəyib. Belə ki, iki evin dam örtüyü zədələnib, pəncərənin şüşələri sınıb. Ölkənin Fövqəladə Hallar Xidmətinin ilkin məlumatlarına görə, əhali arasında xəsarət alan yoxdur.

Düşən PUA-nın uzunluğu təxminən bir metrdir. Bildirilib ki, hadisə yerində ekspertlər və fövqəladə hallar xidmətinin əməkdaşları fəaliyyət göstərir.

Onlar PUA-nın dəqiq növünü, mənşəyini, uçuş trayektoriyasını və düşmə səbəblərini müəyyən etmək üçün qalıqları araşdırırlar.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO