Paşinyan rusiyalı iş adamı Karapetyanı məhkəməyə verdi - Göbələklərə görə...

Paşinyan rusiyalı iş adamı Karapetyanı məhkəməyə verdi - Göbələklərə görə...

Hazırda oxunan: Paşinyan rusiyalı iş adamı Karapetyanı məhkəməyə verdi - Göbələklərə görə...

613191

Ermənistanın Baş naziri Nikol Paşinyan "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldırıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı məzuniyyətdə olan Baş nazirin özü "Verelq" nəşrinə bildirib.
 

Məlumatın mətnində iddianın tam olaraq nə vaxt qaldırıldığı, hökumət başçısının hansı məhkəməyə müraciət etdiyi və cavabdehə qarşı hansı tələbləri irəli sürdüyü dəqiqləşdirilmir.


Məhkəmə çəkişməsinə səbəb Karapetyanın Paşinyanın siyasi bəyanatları hallüsinogen göbələklərin təsiri altında verdiyi barədə iddiası olub. İş adamının sözlərinə görə, Baş nazir bu göbələkləri Çinə səfəri zamanı bir restoranda dadıb.

"Onun xoşuna gəlib və mənim məlumatıma görə, təxminən bir ton alaraq özü ilə Ermənistana gətirib. Sizə bir sirr açmaq istəyirəm: o, hökumət binasında jurnalistlərin suallarına cavab verməyə gedəndə və ya parlamentin tribunasına çıxanda mütləq bu göbələklərdən qəbul edir", – deyə iş adamı jurnalistlərə bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO