İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Hazırda oxunan: İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

612547

İranın məhkəmə orqanları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda təqsirli bilinən şəxs barəsində çıxarılmış ölüm hökmünü icra edib.

Bizim.Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, Erfan Şakurzade bazar ertəsi səhər tezdən asılaraq edam edilib.

Məhkəmə işinin materiallarına görə, Şakurzade peşəkar səriştəsinə görə xüsusi layihə çərçivəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunub. Cinayət törədilən zaman o, peyk sektorunda fəaliyyət göstərən dövlət elmi təşkilatlarından birinin əməkdaşı olub.

İstintaqın gəldiyi nəticələr

Əlaqələrin qurulması: Müəyyən edilib ki, məhkum İrandakı strateji əhəmiyyətli elmi institutda fəaliyyətini davam etdirərək MKİ və xüsusilə "sionist rejimin kəşfiyyat-terror xidməti" olan "Mossad" ilə təmas qurub.
 

Mərhələli əməkdaşlıq: Şakurzadenin xarici kəşfiyyatlarla üç mərhələdə qarşılıqlı əlaqədə olduğu müəyyən edilib. O, şüurlu və könüllü şəkildə MKİ və "Mossad" agentləri ilə əlaqə saxlayaraq əlindəki məxfi məlumatları onlara ötürüb.


Ötürülən məlumatlar: Səlahiyyətli orqanların bəyanatına görə, o, çalışdığı İran şirkəti daxilindəki fəaliyyətinin təfərrüatlarını, həmçinin peyk layihələrinə aid spesifikasiyaları və məlumatları qarşı tərəfə təqdim edib.

Qeyd olunur ki, casusluq xidmətlərinin müqabilində Şakurzade ödənişləri kriptovalyuta ilə alırmış.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO