Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

Hazırda oxunan: Hörmüzdə vəziyyət yalnız bu şərtlə düzələcək: Əraqçi yenidən AÇIQLADI

611857

Hörmüz boğazı vasitəsilə gəmiçilik yalnız münaqişə bitdikdən, ABŞ sanksiyaları götürüldükdən və dəniz blokadası ləğv edildikdən sonra adi rejimə qayıdacaq.

Bizim.Media xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasına sədrlik edən Çinin xarici işlər naziri Van İyə ünvanladığı məktublarda bildirib.

Sənədlər ABŞ-ın Hörmüz boğazı ilə bağlı yeni qətnamə layihəsi ilə əlaqədar hazırlanıb. Həmin layihədə İrandan hücumları, minalama işlərini və rüsum yığımını dayandırmaq tələb olunur.
 

"Müharibənin tamamilə dayandırılması, blokadanın və İrana qarşı tətbiq edilən qanunsuz sanksiyaların ləğvi şərti ilə Hörmüz boğazında normal dəniz gəmiçiliyinin bərpa olunacağını vurğulamağı vacib hesab edirəm", — deyə diplomat bildirib.


O, həmçinin qeyd edib ki, İran tərəfinin fikrincə, təklif olunan sənəd Vaşinqtonun dəniz blokadası, İran gəmilərinə hücumlar və onların saxlanılması da daxil olmaqla törətdiyi pozuntulara faktiki olaraq məhəl qoymur.

İranın xarici siyasət idarəsinin rəhbəri bəyan edib ki, regionda sabitlik yalnız ABŞ-nin beynəlxalq hüquq normalarına riayət etməsi ilə mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO